...

Cəlilabadda soyuducu anbar açılacaq

Siyasət Materials 31 Oktyabr 2006 15:24 (UTC +04:00)

Noyabrın 1-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbarın açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Açılış mərasimində ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi və yerli "Elvin-2" müəssisəsinin direktoru çıxış edəcək.

Layihədə məqsəd iqtisadi inkişafa zəmin yaradan satışda artım və yeni iş yerlərinin yaranmasına kömək etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti