...

Microsoft Azərbaycanda kompüter piratçılığı ilə mübarizənin gücləndirilməsini zəruri hesab edir

Siyasət Materials 1 Noyabr 2006 13:54 (UTC +04:00)
Microsoft Azərbaycanda kompüter piratçılığı ilə mübarizənin gücləndirilməsini zəruri hesab edir

Kompüter piratçılığı ilə mübarizəni gücləndirmək üçün Azərbaycan qanunvericilyinə əlavə və dəyişikliklər etmək lazımdır. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 1-də Microsoft Azerbaijan şirkətinin rəhbəri Vladimir Çaykovski "Kompüter piratçılığı və onun Azərbaycan iqtisadiyyatına təsiri" adlı seminarda bəyan edib. Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın problemidir. Bir çox ölkələr üzrə bu göstərici, 30%-dən çox təşkil edir.

"Tədbirin keçirilməsində məqsəd keyfiyətli və lisenziyalı məhsullardan istifadənin əhəmyyətini istifadəçilərin diqqətinə çatdırmaqdan ibarətdir. Hamı inkişaf etmiş ölkələrdə müəllif hüququna əməl edir. Əks halda qanunsuz məhsuldan dəymiş zərər milyard dollarlarla hesablanır", - deyə o vurğulayıb.

V.Çaykovski qeyd edib ki, 2007-ci ilin yanvarından Microsoft Azerbaijan şirkətinin məhsulları üzrə pulsuz dəstək xidməti fəaliyyətə başlayacaq.

Microsoft Ukraine şirkətinin intellektual mülkiyyət hüqqlarının qorunması departamentinin rəhbəri Yevgeni Sozanskinin sözlərinə görə, kompüter piratçılığının səviyyəsinin azalması informasiya texnologiyaları bazarının və bütün ölkə iqtisadiyyatının, milli proqram təminatının inkişafına stimul verir.

Tədbirdə Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Abutalıb Səmədov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev və ölkənin dövlət müəssisələrinin digər nümayəndələri iştirak edib.

Seminar Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən Microsoft Azerbaijan şirkəti ilə birgə təşkil olunub.

Xəbər lenti

Xəbər lenti