...

Azərbaycan prezidenti litvalı həmkarını 80 illiyi münasibətilə təbrik edib

Siyasət Materials 2 Noyabr 2006 17:09 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Litva prezidenti Valdas Adamkusa 80 illiyi münasibətilə təbrik məktubu göndərib.

"Azərbaycan və Litva arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün yeni məzmun alıb, həm ikitərəfli əsasda, həm regionlararası mübadilə çərçivəsində, həm də beynəlxalq səviyyədə faydalı əməkdaşlıq üçün münasib zəmin yaranıb. Sizin cari ilin yayında ölkəmizə səfəriniz, Bakıda imzalanmış sənədlər, aparılmış fikir mübadilələri münasibətlərin inkişafına təkan verib, əməkdaşlıq üçün geniş perspektivlər açıb. Əminəm ki, Azərbaycan-Litva münasibətlərinin hərtərəfli və dinamik inkişafı yolunda ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyik", - deyə məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti