...

Türkiyədə Fransa parlamenti tərəfindən "erməni soyqırımı" ilə bağlı qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası keçirilib

Siyasət Materials 4 Noyabr 2006 13:43 (UTC +04:00)
Türkiyədə Fransa parlamenti tərəfindən "erməni soyqırımı" ilə bağlı qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası keçirilib

Noyabrın 4-də Türkiyənin İqdır vilayətinin Haqməhməd kəndində Fransa parlamenti tərəfindən "erməni soyqırımı"ının inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Trend in xüsusi müxbirinin İqdırdan verdiyi məlumata görə, tədbir İqdır bələdiyyəsi tərəfindən Ermənistanla sərhəddə yerləşən Haqməhməd kəndində təşkil olunub.

Tədbirdə çıxış edən bələdiyyə başçısı Nurəddin Aras bəyan edib ki, belə qərar Türkiyəni ermənilər vasitəsilə "küncə sıxışdırmaq" məqsədi güdür. N.Aras qeyd edib ki, Türkiyənin AB-yə üzvlüyü məsələsində "ölkənin birliyə qəbul olunmasını ürəkdən istəyən və onun əhəmiyyətini dərk edən hissə var. Avropanın ikinci hissəsi isə müsəlman Türkiyəsindən çəkinir və deyir: biz xristian klubuyuq. Türklər aramızda nə edəcək?".

N.Aras belə bir sual verib: "Tarix boyu dəfələrlə kütləvi qətllər təşkil etmiş ölkə hesab olunan Fransa nə qazanacaq?".

İqdır bələdiyyəsinin başçısı bildirib ki, İngiltərə, ABŞ və Rusiya ekspertlərinin araşdırmalarına əsasən, sonuncu yüzillik ərzində ermənilər tərəfindən 2,5 mln-dan çox türk qətlə yetirilib. "Azərbaycanda da 100 minlərlə Azərbaycan türkü məhv edilib. Belə ki, 31 mart 1918-ci ildə onlar bir gündə 10 min Azərbaycan türkünü qətlə yetirib", -deyə o vurğulayıb. Mitinq iştirakçıları "Xocalıda əsl soyqırım", "Nə üçün Fransa Xocalı qırğınını görmək istəmir?" ifadələrini səsləndirib.

Qeyd edək ki, tədbirin keçirildiyi Haqməhməd kəndində erməni silahlı birləşmələri 1919-cu ildə onlarla türkü diri-diri basdırıb. 51 şəhidin meyiti tapıldıqdan sonra 1995-ci ildə burada abidə ucaldılıb.

Xəbər lenti

Xəbər lenti