Noyabrın 8-də Milli Məclisin sosial-siyasət daimi komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri aparılıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov fondun gələn ilki büdcəsi, xərclər və gəlirlər, həmçinin bu ilki xərclər barədə məruzə edib.
İclasda həmçinin "Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə, "Əmək pensiyaları haqqında" AR Qanununa dəyişikliklər və əlavələr barədə müzakirələr aparılıb.