...

MDB XİN, hökumət və dövlət başçıları Şurasının iclaslarının tarixləri açıqlanıb

Siyasət Materials 8 Noyabr 2006 16:52 (UTC +04:00)
MDB XİN, hökumət və dövlət başçıları Şurasının iclaslarının tarixləri açıqlanıb

MDB ölkələri hökumət və XİN başçıları Şurasının, o cümlədən dövlət başçıları sammitinin növbəti iclasları 2006-cı il 24, 27 və 28 noyabr tarixlərində Minskdə keçiriləcək. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Qarşıdakı iclasların tarixləri ilkin olaraq Birliyin bütün iştirakçı dövlətləri ilə razılaşdırılıb. İclasların gündəlikləri isə razılaşdırılma mərhələsindədir.

Xatırladaq ki, daha əvvəl hökumət və dövlət başçıları Şuralarının iclaslarının oktyabrın 16-17-də keçirilməsi planlaşdırılırdı. Ancaq iclasların gündəliklərinin vaxtında hazırlanmaması ilə əlaqədar iclaslar təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti