Bir neçə xarici dövlətdə Azərbaycanın yeni səfirliklərinin yaradılması ilə əlaqədar olaraq Azərbaycanın Daxili İşlər Nazirliyi əməkdaşlarının həmin dövlətlərə təyinatlarına dair Nazirlər Kabinetinə təkliflər verilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, Prezidentin bununla əlaqədar müvafiq sərənamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tək Daxili İşlər Nazirliyi deyil, bir neçə digər mərkəzi icra strukturları da öz nümayəndələrini xarici dövlətlərdə təyin edəcəklər.
Bununla bağlı Xarici İşlər Nazirliyi Nazirlər Kabineti qarşısında bəzi təkliflər irəli sürüb və hazırda həmin təkliflərə baxılır.
Qeyd edək ki, hazırda həm Gürcüstanda, həm də MDB-nin Moskvadakı nümayəndəliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunda Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələri var. Yaxın günlərdə isə hər hansı dövlətə təyinat gözlənilmir.