...

Azərbaycan gəncləri Tiflisdəki Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib

Siyasət Materials 8 Noyabr 2006 18:48 (UTC +04:00)

Azərbaycan gəncləri bu gün Tiflisdəki Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib. Bununla onlar gürcü xalqı ilə həmrəyliklərini bildiriblər, səbəb isə Rusiyanın təbii qaza qoyulan tarifi artırmasıdır. Tiflisdəki Rusiya səfirliyi qarşısında 200-ə yaxın adam toplaşıb ki, onların arasında Danimarkanın, Moldovanın və Ukraynanın da nümayəndələri olub.

Trend -in Tiflisdəki xüsusi müxbiri xəbər verir ki, onlar Gürcüstan Respublika Partiyasının gənclər cinahı tərəfindən təşkil olunan konfransda iştirak edirlər. Qonaqlar Gürcüstan xalqını dəstəkləmək üçün aksiyada iştirak etmək qərarına gəliblər. Aksiyaçılar bildiriblər ki, qazın qiymətini qaldırmaqla Rusiya Gürcüstan xalqını ac ölüm təhlükəsinə düçar edir və bu iqtisadi yox, siyasi qərardır.

"Onlar bizi Avropanı seçdiyimizə görə cəzalandırmağa çalışırlar". Bunu aksiya iştirakçıları bildirib.

Xəbər lenti

Xəbər lenti