...

Deputat Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyanın 27-ci sessiyasında çıxış edib

Siyasət Materials 16 Noyabr 2006 15:07 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyanın Sankt-Peterburqda keçirilən 27-ci sessiyasında iştirak edir. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında daimi nümayəndəsi Aydın Cəfərov məlumat verib.

Qeyd edək ki, bu gün - noyabrın 16-da MDB Parlamentlərarası Assambleyanın 27-ci sessiyası işinə başlayıb. Aydın Cəfərov bildirib ki, MDB dövlətlərinin parlamentləri arasında əməkdaşlığın 15 illiyi qeyd olunur, bu münasibətlə təbrik və çıxışlar dinlənilir. "Sessiyanın əvvəlində gündəliyə baxılıb, sonra bir sıra çıxışlar edilib. Azərbaycan parlamentinin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məruzə ilə çıxış edib. Bu gün spiker Oqtay Əsədovun da çıxışı gözlənilir"-deyə diplomat məlumat verib.

Aydın Cəfərov deyib ki, sessiya dövründə bir sıra qərarlar qəbul olunacaq. 27-ci sessiyanın işi sabah da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti