...

Gürcüstanın ədliyyə naziri və parlament sədrinin birinci müavini Bakıya gələcək

Siyasət Materials 16 Noyabr 2006 16:02 (UTC +04:00)

Yaxın 10 gün ərzində Gürcüstanın ədliyyə naziri Giya Kavtaradze və parlament sədrinin birinci müavini Mixail Maçavarianinin rəhbərlik etdiyi parlament assambleyasının nümayəndə heyəti Bakıya gələcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

Səfir qeyd edib ki, ədliyyə naziri ikitərəfli əməkdaşlığın inkişafı üçün azərbaycanlı həmkarının dəvəti ilə gəlir. Həmçinin məhkumların dəyişdirilməsi məsələsi gözdən keçiriləcək.

Parlament assambleyasının üzvləri, öz növbəsində, Gürcüstan və Azərbaycan parlamentləri arasında ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti