...

Noyabrın 24-də AMİP müxalifət partiyalarının birgə toplantısını keçirəcək

Siyasət Materials 16 Noyabr 2006 17:53 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) müxalifəti təmsil edən siyasi partiyaların birgə toplantısını keçirəcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Noyabrın 24-də saat 13.00-da AMİP-in qərargahında siyasi partiyaların ideologiya, təbliğat və mətbuatla iş sahələrinə məsul şəxslərinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Görüşlə bağlı artıq bəzi partiya funksionerləri ilə razılıq da əldə olunub. Dəyirmi masada mətbuatın mövcud durumu, problemləri, ictimai-siyasi proseslər barədə müzakirələr aparılacaq. Ayrı-ayrı partiya nümyəndələrinin görüşünün təşkili həm də müxalifət patiyalarını bir araya gətirmək üçün zəmin yaratmaq məqsədi dayışır.

Xəbər lenti

Xəbər lenti