...

Bolqarıstan Xalq Yığıncağının sədri Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 17 Noyabr 2006 12:07 (UTC +04:00)
Bolqarıstan Xalq Yığıncağının sədri Azərbaycana rəsmi səfər edəcək

Noyabrın 23-24-də Bolqarıstan Xalq Yığıncağının sədri Georgi Pirinski Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Trend ə eksklüziv olaraq Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev məlumat verib.

Onun sözlərinə görə, hazırda Bolqarıstan parlamenti rəhbərinin Azərbaycana səfər proqramı razılaşdırılır.

G.Pirinski Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Baş Assambleyasının noyabrın 21-23-də Bakıda keçiriləcək iclaslarında iştirakı ilə əlaqədar Azərbaycana bir qədər tez gələcək", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti