...

Yeni Azərbaycan Partiyasının nümayəndələri Rusiyanın "Yedinaya Rossiya" partiyasının 7-ci qurultayında iştirak edəcəklər

Siyasət Materials 21 Noyabr 2006 12:39 (UTC +04:00)

Noyabrın sonunda Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Rusiyanın hakim partiyası olan "Yedinaya Rossiya" partiyasının 7-ci qurultayında iştirak edəcəklər. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə YAP-ın sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib.

Ə.Əhmədov bildirib ki, tədbirdə iştirak Rusiyanın hakim partiyası tərəfindən YAP-a daxil olmuş dəvət nəticəsində baş tutacaq. Ümumiyyətlə isə, beynəlxalq əlaqələrini daim genişləndirməyə xüsusi diqqət göstərən YAP üçün bu sahədə 2006-cı il kifayət qədər məhsuldar olub.

"Bir neçə gün əvvəl isə Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyisının 2-ci qurultayında iştirak etdik. Bu partiyanın və onun sədri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyənin indiki inkişafında böyük rolu var. YAP bu partiya ilə sıx əlaqələr qurur. Görüşlər keçirmək üçün mütəmadi olaraq YAP nümayəndələri Türkiyəyə, Ədalət və İnkişaf Partiyasının nümaynədələri isə Bakıya səfərlər edir. Hakim partiyalar arasındakı əlaqələr iki ölkə arasındakı münasibətlərin daha da yaxınlaşmasına kömək edir" - deyə Ə.Əhmədov bildirib.

Ə.Əhmədov onu da qeyd edib ki, YAP 2007-ci ildə də beynəlxalq əlaqələrini genişləndirməyə səy göstərəcək.

Xəbər lenti

Xəbər lenti