...

Nizami Cəfərov: "Gələn ilin əvvəlində Bakıda türk dövlətləri parlamentləri dostluq qrupları sədrlərinin müşavirəsi keçirilə bilər"

Siyasət Materials 21 Noyabr 2006 14:17 (UTC +04:00)

Gələn ilin əvvəlində türk dövlətləri parlamentlərində olan dostluq qrupları sədrlərinin Bakıda müşavirəsi keçirilə bilər. Bu barədə Trend ə Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov məlumat verib.

O, bildirib ki, son zamanlar türk dövlətlərinin xeyli toplantıları olub, onlardan ən mühüm ikisi - Türk Dövlətləri və Topluqlarının X qurultayı və türk dövlətləri başçılarının 8-ci zirvə toplantısı Antalyada keçirildi. N.Cəfərovun sözlərinə görə, bu toplantıların hər ikisində türk dövlətlərinin Parlament Assambleyasının və türkdilli xalqların ortaq əlifbasının yaradılması məsələləri qaldırılıb: "Həqiqətən də türk dövlətlərinin ümumiliyinə ehtiyac var. Bu birlik yalnız mədəni əlaqələr səviyyəsində olmamalıdır, biz xalqlarımızın etnoqrafik köklərinin ümumiliyindən danışmaqla kifayətlənməməliyik. Bu əməkdaşıq türk dövlətlərinin siyasi birliyi səviyyəsinə gəlib çatmalıdır. Türk dövlətləri dünyaya birlikdə interqrasiya etməlidir. Bunun üçün də birinci şərt ortaq türkcənin olmasıdır".

Dilçi alim N.Cəfərov bildirib ki, vahid türkcənin yaradılmasında problem olmayacaq, çünki Türkiyə türkcəsi əslində bu funksiyanı yerinə yetirir. Amma eyni zamanda türk xalqları üçün ümumi bir əlifba işlənib hazırlanmalıdır ki, bu çox ciddi məsələdir.

Türk dövlətlərinin Parlament Assambleyasının yaradılması ideyasına da toxunan millət vəkili qeyd edib ki, hələlik bu qurumu türk dövlətləri parlamentlərinin Məşvərət Məclisi formasında da yaratmaq olar: "Burada ən ümumi məsələləri müzakirə edə bilərik. Biz tük dövlətləri paramentlərinin birgə İşçi Qrupunun yaradılmasını təklif etmişik. Gələn ilin əvvəlində türk dövlətləri parlamentlərində olan türk republikalarının parlamentləri ilə dostluq qruplarının sədrlərinin Bakıda müşavirəsini keçirə bilərik. Düşünürəm ki, bu toplantıda parlamentlərarası əlaqələrin hansısa bir formasını tapa bilərik. Bu sahədə iş gedir və yəqin ki, biz buna nail olacağıq"-deyə millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti