...

Rusiyanın BMT-dəki nümayəndəliyi postsovet məkanındakı tanınmamış respublikaların memorandumunu açıqlayıb

Siyasət Materials 21 Noyabr 2006 16:23 (UTC +04:00)

Postsovet məkanındakı tanınmamış respublikaların xarici işlər nazirləri GUAM ölkələrinin dondurulmuş münaqişələr üzrə təşəbbüsünü dəstəkləməmələri üçün BMT-nin daimi üzvlərinə müraciət edib. Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin BMT-nin daimi üzvlərinə müraciətində qeyd olunub.

Onun əsaslandığı və tanınmamış respublikalar - Abxaziya, Dnestryanı və Cənubi Osetiyanın nümayəndələri tərəfindən imzalanmış memorandumda deyilir ki, BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq aləmə təsiri, təhlükəsizlik və inkişaf" məsələsi əlavə bənd kimi daxil edilib. Bu bənd Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova tərəfindən təklif olunub.

"Bölgədə yaranmış münaqişələrin təsiri haqqında məsələnin bu cür məsələlərin baxılması üçün nəzərdə tutulmuş Təhlükəsizlik Şurasında deyil, Baş Assambleyada qaldırılması bir daha sübut edir ki, bu, təxribatçı demarşın məqsədi - qanun və ədalətə əsaslanmış sülhün qeydinə qalmaq deyil, Baş Assambleyadan öz işğalçılıq məqsədlərinə dəstək almaq və xalqlarımızın bütün xalqlar və ölkələrlə sülh, hüquq bərabərliyi şəraitində yaşamaq cəhdini susdurmaq üçün onların hazırladıqları güc aksiyalarını əsaslandırmaq üçün istifadə etməkdir", - deyə bəyanatda qeyd olunub.

Bəyanatda tanınmamış respublikaların nümayəndələri, özləri üçün xeyirli şəkildə yaranma tarixlərini təsvir edir, o cümlədən öz yaranmalarını keçmiş SSRİ-nin dağılması ilə əlaqələndirirlər. Həmçinin bu respublikaların, o cümlədən Dağlıq Qarabağın da formalaşması prosesinə toxunulur.

BMT-nin daimi üzvlərinə müraciət edən tanınmamış respublikaların nümayəndələri onları GUAM ölkələrinin dondurulmuş münaqişələr üzrə Baş Assambleyanın gündəliyinə daxil edilmiş bəndin müzakirəsi zamanı diskussiyanın GUAM ölkələrinin tələb etdiyi ruhda getməsinə imkan verməmələrinə çağırıb. Onlar həmçinin tanınmamış Abxaziya, Cənubi Osetiya və Dnestryanı Moldovanın nümayəndələrinin də bu müzakirələrdə iştirakını təmin etmələrini tələb edirlər.

Xəbər lenti

Xəbər lenti