...

Respublika Baş Prokurorluğunda prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdimatı mərasimi keçirilib

Siyasət Materials 21 Noyabr 2006 18:51 (UTC +04:00)

Noyabrın 21-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdimatı mərasimi keçirilib. Trend xəbər verir ki, Prezident İlham Əliyevin 29 sentyabr 2006-cı il tarixli sərəncamı ilə xidməti fəaliyyətində fərqlənən bir sıra prokurorluq əməkdaşı "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib və və bugünkü mərasimdə ordenlər öz sahiblərinə təqdim olunub.

Tədbirdə çıxış edən Baş prokruor Zakir Qaralov bildirib ki, prokurorluq əməkdaşlarının böyük bir qrupunun yüksək dövlət mükafatına layiq görülməsi Baş prokurorluğa göstərilən yüksək inamın ifadəsidir. O qeyd edib ki, prokurorluq əməkdaşları bu orqanlarda zəruri normativ-hüquqi bazanın yaradılması ideyalarına sadiqlik nümayiş etdirən kadr korpusunun formalaşmasına görə ilk növbədə mərhum ümummilli lider Heydər Əliyevin müdrik dövlətçilik siyasətinə borcludurlar.

Xəbər lenti

Xəbər lenti