Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-də Bakıda ATƏT Minsk qrupunun həmsədrlərini qəbul edib. Trend xəbər verir ki, görüşdə rusiyalı və fransalı həmsədrlər - Yuri Merzlyakov və Bernar Fasye, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı vəziyyəti və perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin ATƏT Minsk qrupunun həmsədrlərini noyabrın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qəbul edib.