...

Fransanın senatoru: "Erməni soyqırımını rədd edən qanun layihəsi Senatın müzakirəsinə çıxarılmayacaq"

Siyasət Materials 23 Noyabr 2006 15:52 (UTC +04:00)
Fransanın senatoru: "Erməni soyqırımını rədd edən qanun layihəsi  Senatın müzakirəsinə çıxarılmayacaq"

Mən özüm Fransa və Türkiyə arasında əməkdaşlığın bitməsinə tərəfdar deyiləm. Bu dövlətlər arasında tarixi əlaqələr mövcuddur və Fransa tərəfi Türkiyənin tarixinə, mədəniyyətinə hörmət edir. Trend -in məlumatına görə, bunu Fransa parlamentinin senatoru Bernard Fourner (Bernard Fournier) Türkiyənin Fransa ilə hərbi əməkdaşlığı dayandırmaq haqqında qərarını şərh edərkən bu gün Azərbaycan jurnalistlərinə bildirib.

O ümid edir ki, Türkiyə və Fransa arasındakı tarixi kökə malik əlaqələr bundan sonra da davam edəcək. "Lakin müəyyən ziddiyyətlər olub və onlar davam edir, bu xüsusilə də Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlıdır. Lakin guman edirəm ki, bu bizim Türkiyə ilə əlaqələrimizə təsir etməyəcək". Bunu senator qeyd edib.

Fransa Milli Assambleyası tərəfindən qəbul olunan "erməni soyqırımı"nı rədd etmək üçün cəza tətbiq etməyi nəzərdə tutan qanun layihəsinə gəldikdə B.Fourner deyib ki, bu layihə hələ Senata verilməyib və onların rəhbərliyi ərzində bu qanun Fransa Parlamentinə daxil olmayacaq. O qeyd edib ki, Fransa ermənilərlə olduğu kimi türklərlə də yaxşı münasibətdədir.

Senatorun fikrincə, bu qanun layihəsi Türkiyə ilə əlaqələrə mənfi təsir göstərə bilər. O deyib: "Əgər nəzər salsaq görərik ki, Şimali və Cənubi Amerikada, Asiyada və digər dünya ölkələrində əsrlər boyu soyqırımlar baş verib. Əgər biz dövlətlərdən birinin soyqırımını tanısaq gərək qalanlarını da tanıyaq. Demək istəyirəm ki, mən bu qanun layihəsinin qəbul olunmasının əleyhinəyəm".

Xəbər lenti

Xəbər lenti