23 şaxtaçının həlak olduğu Şlenski Mədənindəki Halemba şaxtasında (Polşa) baş vermiş faciə ilə bağlı Polşada matəm elan olunub. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskinin Trend ə verdiyi xəbərə görə, noyabrın 24-də saat 12.00-dan 17.00-a qədər səfirlikdə matəm mərasimi təşkil olunacaq.
Polşa xalqına başsağlığı vermək istəyən Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatları, eləcə də Azərbaycan höküməti və ictimaiyyətinin rəsmi nümayəndələri Polşanın diplomatik missiyasına müraciət edə bilərlər.