...

Fazil Məmmədov: Azərbaycanın qeyri-neft sektorunun inkişafında türk şirkətlərinin rolu böyükdür

Siyasət Materials 24 Noyabr 2006 11:01 (UTC +04:00)
Fazil Məmmədov: Azərbaycanın qeyri-neft sektorunun inkişafında türk şirkətlərinin rolu böyükdür

"Hazırda Azərbaycan Vergilər Nazirliyinin qeydiyyatında türk sərmayələrinə malik 476 vergi ödəyicisi qeydiyyata alınıb". Bu barədə vergilər naziri Fazil Məmmədov Azərbaycan-Türk Sənayeçiləri və İş Adamları Beynəlxalq Cəmiyyətinə daxil olan və fərqlənən vergi ödəyicilərinin mükafatlandırılması zamanı bəyan edib. Trend in xəbər verdiyi kimi, bütövlükdə, vergilərin ödənilməsi üzrə Azercell, Coca Cola, Tekfen, Azərturkbank, Türkiyə-Amerika tibb mərkəzi də daxil olmaqla 20 şirkət fərqlənib.

Nazirin sözlərinə görə, qeydiyyata alınmış vergi ödəyicilərindən 317 şirkət 100% türk kapitalına malikdir, 42 şirkət birgə müəssisə kimi, o cümlədən 70 nümayəndəlik fəaliyyət göstərir.

2006-cı ilin 9 ayı ərzində ölkənin dövlət büdcəsinə bu şirkətlər tərəfindən 126,3 mln. AZN vergi ödənilib ki, bu da 2005-ci ilin analoji dövrünə olan göstəricilərdən 2,2 dəfə çoxdur.

Ümumi vergi daxilolmalarında artım ötən illə müqayisədə 7% təşkil edib.

Nazir bildirib ki, vergi daxilolmalarının əsas hissəsi qeyri-neft sektorunun payına düşür.

F.Məmmədov hesab edir ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında türk sahibkarlarının rolu böyükdür.

Xəbər lenti

Xəbər lenti