...

Latviya seymində Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupu yaradılıb

Siyasət Materials 24 Noyabr 2006 13:45 (UTC +04:00)

Latviya seymində Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupu yaradılıb. Bu barədə Trend BNS-ə istinadən xəbər verir.

Parlamentin "Razılıq mərkəzi" fraksiyasından deputat Oleq Denisov Milli Məclislə əməkdaşlıq qrupunun rəhbəri, Aynar Latkovskis ("NovoeVremya" partiyası) isə onun müavini seçilib.

Azərbaycanla yanaşı, Latviya seymində Danimarka, Serbiya, Fransa, Sloveniya, Belarus, Çin, Maldova, Filippin və Çili parlamentləri ilə əməkdaşlıq qrupu yaradılıb.

Seymin reqlamentinə uyğun olaraq, ən azı 3 deputat parlamentlərarası əməkdaşlıq qrupu yarada bilər. Bu qruplara ayrıca maliyyə vəsaiti ayrılmır.

Xəbər lenti

Xəbər lenti