...

Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının indiki vəziyyəti müzakirə olunub

Siyasət Materials 27 Noyabr 2006 21:09 (UTC +04:00)
Bakıda Azərbaycanın  Ümumdünya Ticarət Təşkilatına üzv olmasının indiki vəziyyəti müzakirə olunub

Bu gün Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesinin indiki vəziyyəti dəyirmi masa arxasında müzakirə olunub. Tədbir ikigünlük səfərdə olan ÜTT-yə üzvolma posesləri idarəsininin rəhbəri Arif Hüseynovun və bu təşkilatda Azərbaycan üzrə işçi qrupunun katibi Kato Adrianın iştirakı ilə bu təşkilatın katibliyində keçib. Bu haqda Trend məlumat verib. Qonaqlar ölkə prezidenti İlham Əliyevlə, iqtisadi inkişaf naziri , ÜTT-yə üzvolma hazırlıqları üzrə Dövlət Komitəsinin sədri Heydər Babayevlə, danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyevlə görüşlər keçirib.

"Azərbaycan ÜTT-yə üzvolma prosesinin ortasındadır. Azərbaycan bir sıra çətinliklərin olmasına baxmayaraq böyük potensiala malikdir". Bunu A, Hüseynov bildirib. Dövlət başçısı ilə görüşlərin nəticələri haqqında məlumat verərkən o qeyd ndib ki, Azərbaycan prezidenti bu prosesə müsbət münasibət göstərir və onun mövqeyində təmamilə qərarlıdır.

"Mən müasir modelli iqtisadiyyat, şəffaf müasir sistem yaradılması yolunda böyük arzu və məqsəd gördüm və ÜTT Azərbaycan üçün ölkənin islahat proqramının əsas hissəsidir". Bunu qonaq qeyd edib.

Onun sözlərinə görə, hazırda ÜTT-yə üzvolma prosesində xidmət məsələlərinə 10 il bundan əvvəl olduğundan daha çox əhəmiyyət verir. Lakin dövlətlərin üzv olduqdan sonra yerinə yetirilməli əsas məsələləri antidempinq tədbirlərinin, yardımların azaldılması, qiymətlər siyasətini həyata keçirməkdir.

Xəbər lenti

Xəbər lenti