...

Azərbaycan və Ukrayna prezidentləri energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 29 Noyabr 2006 12:38 (UTC +04:00)

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yuşenko Minskdə ikitərəfli görüş keçirib.

RBK-Ukraynaya istinadən Trend məlumat verir ki, görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu söhbətin kontekstində Xəzər neftinin Avropa bazarlarına nəql edilməsi üçün Odessa- Brodı-Plotsk neft kəmərinin işlədilməsi durub. Bu haqda prezidentin mətbuat xidməti məlumat verir.

Görüş zamanı tərəflər həmçinin GUAM çərçivəsində Ukrayna -Azərbaycan əməkdaşlığının inkişafını və V.Yuşenkonun 2006-cı il sentyabrın 7-8 -də Azərbaycana səfəri zamanı əldə edilmiş razılıqların reallaşdırılmasını müzakirə ediblər. Xüsusilə söhbət Ukrayna və Azərbaycan prezidentləri Şurasının yaradılmasından gedib. Ukrayna tərəfi Azərbaycan prezidentinə Ukraynada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi barəsində məlumat verib.

Xəbər lenti

Xəbər lenti