...

NATO Cənubi Qafqazda və Moldovada münaqişələrin dinc həlli yollarının axtarılması üzrə səyləri dəstəkləyir

Siyasət Materials 29 Noyabr 2006 16:36 (UTC +04:00)

Noyabrın 29-da NATO-ya üzv dövlət və hökumət başçıları Cənubi Qafqazda və Moldovada regional münaqişələrin mövcudluğundan təəssüfləndiyini bildirib. Trend in xəbər verdiyi kimi, bu barədə çərşənbə günü NATO-nun Riqadakı sammitinin yekunlarına dair qəbul olunmuş bəyannamədə deyilir.

"Bizim dövlətlərimiz Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Biz bu ölkələrdə mövcud münaqişələrin dinc həlli yollarının axtarışı üzrə davam edən səyləri dəstəkləyirik", - deyə bəyannamədə deyilir.

Xəbər lenti

Xəbər lenti