...

Bakıda "GUAM ölkələrinin gənclər forumu" Beynəlxalq ictimai gənclər təşkilatlarının konqresi öz işinə başlayıb

Siyasət Materials 29 Noyabr 2006 18:45 (UTC +04:00)
Bakıda "GUAM ölkələrinin gənclər forumu" Beynəlxalq ictimai gənclər təşkilatlarının konqresi öz işinə başlayıb

Noyabrın 29-da "GUAM ölkələrinin gənclər forumu" Beynəlxalq ictimai gənclər təşkilatlarının I konqresi Bakıda öz işinə başlayıb. Bu barədə Trend xəbər verir.

Konqresdə təşkilatın bütün üzv-ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın nümayəndə heyətləri işitrak edir.

GUAM üzv-ölkələrinin gənclər təşkilatları uğurla beynəlxalq təşkilatlara inteqrasiya edir və fəal surətdə dünyada gedən proseslərdə iştirak edirlər. Bu barədə konqresin açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. Azərbaycan rəhbərliyi hər cür vasitə ilə gənclər təşkilatlarının dünyanın bütün ölkələri ilə sıx əməkdaşlığına yönəldilmiş, o cümlədən nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində istənilən təşəbbüslərini dəstəkləyir.

Nazir qeyd edib ki, son illər ərzində gənclər siyasəti sahəsində Azərbaycanda 20 normativ sənəd qəbul olunub. Azərbaycanın gənclər təşkilatları bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvləridir, regional və Avropa qurumlarına uğurla inteqrasiya edirlər. O qeyd edib ki, GUAM ölkələrinin Gənclər Forumunun yaradılması haqqında təşəbbüs həmçinin Azərbaycanın gənclər təşkilatlarına məxsusdur.

A. Rəhimov Forumun gələcək fəaliyyətinin səmərəliliyindən əmin olduğunu bildirib. Azərbaycan prezidentinin İcra aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Konqres iştirakçılarına onlara uğur arzulayan prezident İlham Əliyevin salamını çatdırıb.

İki gün ərzində konqres iştirakçıları GUAM Gənclər təşkilatı forumununun Nizamnaməsinin son variantını, Tədbirlər planı və Forumun əməkdaşlıq mexanizmlərini hazırlayacaqlar. Konqres həmçinin Forumun sədri, müavini və baş katibini də seçəcək.

Yekunda 3 sənədin - Konqres qətnaməsinin, GUAM öləkələrinin dövlət başçıları və parlamentarilərinə müraciətin, həmçinin münaqişəli zonalar haqqında bəyannamənin qəbul olunacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti