...

Azərbaycan parlamentinin rəhbəri və AŞPA Komitəsinin sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Siyasət Materials 30 Noyabr 2006 15:57 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Avropa Şurası Parlament Assambleyası xüsusi komitəsinin sədri lord Rassel Constonla görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub. Bu barədə Trend ə Milli Məclisdən məlumat verilib.

"Dağlıq Qarabağ münaqişəsiAzərbaycanın ən ağır problemlərindən biridir. Azərbaycan münaqişənin nizamlanması haqqında Avropa Şurasının qəbul etdiyi qətnaməni yüksək qiymətləndirir və münaqişənin həlli məqsədilə yaradılmış AŞPA-nın xüsusi kosmitəsinin fəaliyyətinə böyük əhəmiyət verir", - deyə O.Əsədov bildirib. O, münaqişənin tezliklə beynəlxalq norma və prinsiplər çərçivəsində öz həllini tapacağına əminliyini bildirib.

Lord R.Conston Azərbaycana səfərinin məqsədlərindən danışaraq, qeyd edib ki, o, münaqişənin nizamlanması vəziyyəti ilə tanış olmaq, komtiə çərçivəsində gələcək fəaliyyət planını müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti