BMT Baş Assambleyası dekabrın 6-da Nyu Yorkda da GUAM məkanında (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova ) dondurulmuş münaqişələr haqqında yeni qətnamə layihəsini müzakirə edəcək. Trend -in məlumatına görə, bu haqda Azərbaycan Prezidenti İcra Aparatının xarici siyasət şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.
O təsdiqləyib ki, GUAM dövlətləri yeni qətnamə layihəsi hazırlayıb və Baş Assambleyaya təqdim edib. "Lakin müzakirələr nəticəsində hansı qərarın qəbul ediləcəyini demək hələ tezdir". N.Məmmədov əlavə edib ki, GUAM dövlətləri ümid edir ki, ədalətli adekvat qətnamə qəbul ediləcək.
Çağırılmayan dövlətlərin nümayəndələrinin iştirak arzusuna toxunduqda N.Məmmədovqeyd edib ki, buna ehtiyac yoxdur. Bu, BMT-nin prosedur qaydalarına müvafiq deyil.