...

Milli Məclis Aparatının rəhbəri: "Ümid, Ədalət, Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri gələn həftə MSK-ya üzv seçiləcəklər"

Siyasət Materials 1 Dekabr 2006 14:51 (UTC +04:00)
Milli Məclis Aparatının rəhbəri: "Ümid, Ədalət, Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri gələn həftə MSK-ya üzv seçiləcəklər"

Müxalifəti təmsil edən Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri gələn həftə Mərkəzi Seçki Komissiyalarına üzv seçiləcəklər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıqlama verib.

Qeyd edək ki, bütün seçki komissiyalarının (Məkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları) tərkibi hələ tam formalaşdırılmayıb. Komissiyalarda parlamentdə azlıqda qalan siyasi partiyaların nümayəndələri hələ təyin olunmayıblar.

Bununla bağlı məsələyə aydınlıq gətirən Səfa Mirzəyev bildirib ki, seçki komissiyalarında boş qalan yerlərə parlamentdə müxalifəti təmsil edən partiyaların nümayəndələri seçiləcəklər: "Hazırda bizə üç partiya müraciət edib. Yəqin ki, gələn həftə Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi partiyalarının təmsilçiləri konkret olaraq MSK-ya seçiləcəklər".

Səfa Mirzəyev onu da deyib ki, yaxın vaxtlarda parlamentdə Seçki Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti