...

İcmanın baş keşişi: "Fevral ayında Bakıda katolik kilsəsinin açılışı olacaq"

Siyasət Materials 7 Dekabr 2006 14:57 (UTC +04:00)
İcmanın baş keşişi: "Fevral ayında Bakıda katolik kilsəsinin açılışı olacaq"

Gələn ilin fevral ayında Azərbaycanın paytaxtında yeni katolik kilsəsinin təntənəli açılışı nəzərdə tutulub. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycandakı Roma-katolik icmasının baş keşişi Yan Çapl xəbər verib.

Onun sözlərinə görə, kilsənin tikilişi başa çatıb, hazırda onun qanuniləşdirilməsi işləri, ikona və başqa kilsə əmlakının gətirilməsi işləri aparılır. "Kilsənin açılışına Azərbaycan hökumətinin rəsmi şəxslərinin, ruhanilərin və ruhani cəmiyyətləri başçılarının dəvət olunmasını planlaşdırırıq"- deyə Yan ata qeyd edib.

Onun sözlərinə görə, bu tədbirdə Vatikanı dövlət katibi və ya Bakı Roma- katolik kilsəsinin təhkim olunduğu kardinal Dias təmsil edəcək. Xatırladaq ki, kilsə Nobel prospektində Roma-katolik kilsəsinin öz xərcləri hesabına tikilib. Yan Çaplın dediyinə görə, Azərbaycanın katolik icmasında 200 nəfərə yaxın adam var və elə o qədər də əcnəbi katoliklər aşağı kilsə təşkilatının üzvləridir.

Xəbər lenti

Xəbər lenti