...

QKDK –nin başçısı: Müəssisələr gəlir gətirməyə başlayıb və idarəetmənin korporativ normalarına əməl edirlər

Siyasət Materials 7 Dekabr 2006 16:52 (UTC +04:00)
QKDK –nin başçısı: Müəssisələr gəlir gətirməyə başlayıb və idarəetmənin korporativ normalarına əməl edirlər

Azərbaycan prezidenti yanında Qiymətli kağızlar üzrə dövlət komitəsi investorların hüququnu pozan səhmdar cəmiyyətlərin sayının azaldığını bildirib. Bu barədə Trend xəbər verir. QKDK-nin sədri Gündüz Məmmədov qeyd edib ki, əgər 2006-cı ildə Dövlət komitəsinə 396 şikayətçidən 392 ərizə daxil olubsa, 2005-ci ilin analoji dövründə 538 investor tərəfindən 308 müraciət daxil olub. "Miqdar baxımından artım müşahidə olunsa da, şikayətlər əsasən eyni səhmdar cəmiyyətlərə aid olur, bunu isə statistika təsdiq edir", - deyə G.Məmmədov qeyd edib.

Hesabat dövründə ümumi məbləği 25 min manat olan 109 cərimə tətbiq olunub. QKDK SC-yə 39 tələb təqdim edib.

G.Məmmədovun sözlərinə görə, Dövlət komitəsinin hüquq departamenti bu istiqamətdə işi gücləndirib. Dividendləri sabit şəkildə verən SC-lərin də sayının artması maraqlı faktdır.

"Əgər 2-3 əvvəl biz 15-30 səhmdar cəmiyyətdən danışırdıqsa, o zaman indi təxminən 100 SC dividendləri sabit şəkildə ödəməyə başlayıb. Müəssisələrin gəlir gətirməyə başlamaları ilə yanaşı, onlar idarəetmənin korporativ normalarına əməl etməyə başlayıblar", - deyə QKDK başçısı qeyd edib. Hazırda Azərbaycanda təxminən 1500-2000 SC fəaliyyət göstərir. Bu qədər müəssisə arasında dividendləri ödəyən 100 SC -nin kiçik göstərici olmasına baxmayaraq, ən əsası odur ki, proses gedir. G.Məmmədovun sözlərinə görə, bu, ölkədə işgüzar fəallığın artması ilə də izah olunur, investor hüquqlarının müdafiəsi üzrə tədbirlər də yaxşı nəticələr verir.

Xəbər lenti

Xəbər lenti