...

Səfir: "GUAM ərazisində dondurulmuş münaqişələr məsələsi yenidən BMT-nin baş assambleyasının gündəliyinə salınacaq"

Siyasət Materials 7 Dekabr 2006 20:24 (UTC +04:00)
Səfir: "GUAM ərazisində dondurulmuş münaqişələr məsələsi yenidən BMT-nin baş assambleyasının gündəliyinə salınacaq"

"Mən əminəm ki, QUAM ərazisində dondurulmuş münaqişələr məsələsi yenidən BMT-nin baş assambleyasının gündəliyinə salınacaq və biz bunu mümkün qədər tez etmək istəyirik"- bunu Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskiy GUAM-ın təşəbbüsü ilə dekabrın 6-a təyin olunmuş müzakirələrin vaxtının dəyişdirilməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məsələnin tezliklə gündəliyə salınması GUAM ölkələrinin, ən əvvəl Azərbaycanın maraqlarındadır. Müzakirələrin təxirə salınması səbəblərinə şərh verərkən o deyib ki, GUAM-ın güc strukturlarına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan bir neçə ölkənin mövqeləri hiss olunur.

Xəbər lenti

Xəbər lenti