...

Fransanın ərazi abadlaşdırma naziri Bakıya gələcək

Siyasət Materials 8 Dekabr 2006 17:41 (UTC +04:00)

Dekabrın 9-da Fransanın ərazi abadlaşdırma naziri Kristian Estrozi Bakıya səfər edəcək. Bu barədə Trend ə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Kristian Estrozinin Bakıya səfəri Fövqəladə Hallar Nazirliyinin xətti ilə baş tutacaq. Əvvəlcə fransalı nazir eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra Fövqəladə Hallar Nazirliyində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş nəzərdə tutulub. Səfər Azərbaycanla Fransa arasında mülki müdafiə sahəsində əməkdaşlıqla bağlı sazişin hazırlanması məqsədi güdür və nazirlərin görüşündə də əməkdaşlığa dair müzakirələr aparılacaq. Həmçinin Fövqəladə Hallar Nazirliyində Krisitan Estrozi ilə Kəmaləddin Heydərovun birgə brifinqi də nəzərdə tutulub.

Səfər dekabrın 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti