...

Dekabrın 12-də saat 12:00-dan başlayaraq ANS televiziyası və radiosu yenidən yayımlanacaq

Siyasət Materials 11 Dekabr 2006 18:07 (UTC +04:00)
Dekabrın 12-də saat 12:00-dan başlayaraq ANS televiziyası  və radiosu yenidən yayımlanacaq

Dekabrın 12-də saat 12:00-dan başlayaraq ANS televiziyası və radiosu yenidən yayımlanacaq. Trend in məlumatına görə, bu barədə dekabrın 11-də mətbuat konfransı keçirən Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərəmli açıqlama verib.

O bildirib ki, bu barədə Şuranın bu gün keçirilən iclasında qərar verilib. "Biz prezident İlham Əliyevin mövqeyini, bizə ünvanlanan çoxsaylı müraciətləri nəzarə alaraq, cəmiyyətdə xoşməramlı mühit yaradılması üçün ANS - in yayımına icazə verilməsi barədə qərar çıxardıq. Ancaq ANS-in tezliyinə elan olunmuş müsabiqə qüvvəsində qalır. Həmin tezlik müsabiqədə kim qalib gələcəksə, onun olacaq",- deyə Nişirəvan Məhərrəmli qeyd edib.

N.Məhərəmli onu da bildirdi ki, ANS-in lisenziya müddətinin uzadılmaması barədə qərar da qüvvədədir. N.Məhərəmlinin sözlərinə görə, əgər ANS müsabiqədə iştirak etməyəcəksə, onun yayımı dayandırılacaq. Əgər iştirak edəcəksə, müsabiqənin yekunlarına fevralın 5-dən sonra baxılacaq. N. Məhərəmlinin sözlərinə görə, Şuranın ANS-lə bağlı bu günkü qərarı qanunsuz deyil və ANS müsabiqə dövründə lisenziyasız fəaliyyət göstərmir.

Xəbər lenti

Xəbər lenti