...

Bakıda AŞPA Siyasi Komitəsinin toplantısı davam edir

Siyasət Materials 12 Dekabr 2006 13:39 (UTC +04:00)

Bu gün səhər Bakıda AŞPA siyasi komitəsinin növbəti toplantısı öz işini davam etdirib. Trend in verdiyi xəbərə görə, toplantı zamanı Mərkəzi Asiyadakı vəziyyət müzakirə olunur.

Toplantının açılışında Siyasi Komitənin başçısı Abdülqədir Atəş bildirib ki, Mərkəzi Asiyanın 5 ölkəsindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan) yalnız Qazaxıstan müzakirələrdə iştirak edib.

Sonra bu bölgədəki vəziyyət üzrə AŞPA-nın Mərkəzi Asiya üzrə məruzəçisi Murat Mərcan çıxış edib. O qeyd edib ki, Mərkəzi Asiya bölgəsinin çox böyük potensialı var və demokratiyanın inkişafına yardım etmək üçün bu ölkələrlə əlaqə yaratmaq lazımdır. M.Mərcan əlavə edib ki, Avropa Şurasının yalnız Qazaxıstanla əlaqəsi var, Mərkəzi Asiyanın digər ölkələri isə onlara verilən imkandan istifadə etmək və bugünkü debatlarda iştirak etmək istəməyiblər.

Sonra Mərkəzi Asiyanı bölgələr üzrə təhlil edən Beynəlxalq böhran qrupunun Mərkəzi Asiya üzrə layihəsinin direktoru Mişel Holl bildirib ki, Qazaxıstan bir çox münasibətlərdə tərəqqiyə nail olub. O əmindir ki, ölkədə iqtisadiyyat inkişaf edir, lakin digər sahələrin inkişafı da mühümdür.

Böhran qrupunun nümayəndəsi hesab edir ki, Qırğızıstanda siyasi qeyri-sabitlik dövrüdür və hələ də hakimiyyət uğrunda müğarizə davam edir.

O, Tacikistanı korrupsiyanın səviyyəsinin yüksək olduğu, müxalifət nümayəndələrinin saxlandığı, qadınların xüsusilə zəif vəziyyətdə olduğu ölkə kimi səciyyələndirib. Orada əmək miqrantları məsələsi durur, lakin bu məsələ ümumilikdə Rusiya iqtisadiyyatından asılıdır.

M.Holl bildirib ki, prezidentin ömürlük seçildiyi Türkmənistanda avtoritarizm hökm sürür. Təhsil problemi kəskin şəkildədir. Orta təhsil sistemi 9 il, ali- 2 il müəyyən olunub, bu isə ciddi böhran, gələcəkdə mütəxəssis çatışmazlığı təhlükəsi yaradır. "Ölkə irəliyə deyil, geriyə gedir", - deyə o qeyd edib.

Özbəkistana gəlincə, M.Holl vurğulayıb ki, Mərkəzi Asiyanın açarı buradadır. Bu, həm əhali, həm də coğrafi yerləşmədir. İqtisadiyyat pambıq, qızıl və qaz ixracı hesabına inkişaf edir və bundan adətən Özbəkistan prezidentinin yaxınları gəlir əldə edirlər. Ölkədə müstəqil jurnalistlərə, müxalifətə qarşı repressiyalar davam edir. Eyni zamanda ölkənin narazı elitası formalaşır. Əhali məhkəmələrə və digər dövlət institutlarına inanmır.

Xəbər lenti

Xəbər lenti