...

Bu il Naxçıvan MR Körpələr Evində atılmış və ya imtina edilmiş uşaq qeydə alınmayıb

Siyasət Materials 13 Dekabr 2006 16:14 (UTC +04:00)

Cari ildə Naxçıvan MR Körpələr evində atılmış və ya imtina edilmiş uşaq qeydə alınmayıb. Trend in Naxçıvan Bürosu Naxçıvan MR Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Körpələr Evindən alınmış məlumata istinadən xəbər verir ki, bu il adıçəkilən mərkəzə ailə vəziyyəti ilə əlaqədar olaraq yalnız bir uşaq verilib.

Körpələr evinin baş həkimi Azadə Məmmədova Trend ə müsahibəsində imtina olunmuş və atılmış uşaqlara il ərzində rast gəlinməməsinin səbəbini əhalinin maddi vəziyyətinin yaxşılaşması ilə izah etdi. 25 il uşaq evinə rəhbərlik edən baş həkimin sözlərinə görə, hazırda Naxçıvan MR Körpələr Evinin 3 uşağı ailə vəziyyəti ilə əlaqədar müvəqqəti himayədarlığa götürülüb.

Azadə xanım statistik rəqəmlərə də toxunub. "Naxçıvan MR Körpələr evi son 25 ildə 100-dən artıq uşaq qəbul edib. Həmin müddət ərzində onlardan 25-i övladlığa verilib. Burada maksimum 14 uşaq qeydə alınıb ki, bu da 1990-cı illərin ilk dövrlərinə təsadüf edir. Ümumiyyətlə, son illər imtina edilmiş, atılmış və ya müvəqqəti hiymayədarlığa verilmiş körpələrin sayında kəskin azılma müşahidə edilir"-- Azadə Məmmədova əlavə edib.

Xəbər lenti

Xəbər lenti