...

Delimitasiya və demarkasiya üzrə Azərbaycan ekspertləri Gürcüstan və Rusiya ilə sərhədlərdə işləyir

Siyasət Materials 15 Dekabr 2006 10:47 (UTC +04:00)

Yaxın günlərdə delimitasiya və demarkasiya üzrə Azərbaycan ekspertlərinin Gürcüstanda işi başa çatır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın torpaq və kartoqrafiya üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iki ölkənin ekspertləri mübahisəli sərhəd ərazilərində işləyirlər, lazımi video-çəkilişlər aparıblar və qayıtdıqdan sonra Gürcüstanla sərhədin delimitasiyası ilə bağlı 7-8 məsələyə baxılacaq.

O əlavə edib ki, Azərbaycan ekspertləri həmçinin Rusiya ilə sərhədlərdədir və yaxın günlərdə onlar qayıtdıqdan sonra müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan artıq Gürcüstanla 300 km, Rusiya iləsə 85 faiz sərhədləri razılaşdırıb.

Xəbər lenti

Xəbər lenti