...

ABŞ dövlət katibinın müşaviri Bakıda danışıqlar aparır

Siyasət Materials 18 Dekabr 2006 15:23 (UTC +04:00)

Dekabrın 18-də ABŞ dövlət katibinın demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Barri Louinkron Bakıda danışıqlar aparır. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr üzrə departamentindən xəbər veriblər.

Günün birinci yarısında diplomat Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilib. Proqramda həmçinin siyasi partiya nümayəndələri və insan haqları üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş gözlənilir.

Denkabrın 19-da B.Louinkron Azərbaycan Dövlət Dillər Univesitetində məruzə ilə çıxış etməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti