...

Şirkətin baş direktoru: HP MDB bazarında öz lider mövqelərini möhkəmləndirib

Siyasət Materials 19 Dekabr 2006 18:14 (UTC +04:00)
Şirkətin baş direktoru: HP MDB bazarında öz lider mövqelərini möhkəmləndirib

Hewlett Packard (HP) - korporativ sifarişçi və son istifadəçilər üçün əsas texnologiyaların dünya tədarükçüsü bu gün Bakıda MDB ölkələri üzrə 2006-cı il üzrə fəaliyyətini yekunlaşdırıb. Bu barədə Trend xəbər verir.

Bu gün HP şirkətinin MDB üzrə baş direktoru Hilmar Lorents bildirib ki, ötən il şirkət üçün çox səmərəli olub və 2006- cı ildə MDB-də biznesin fəal surətdə inkişafı davam edib.

"Bu gün iqtisadi göstəricilər dinamik surətdə artdığından, MDB ölkələri texnologiyaların tətbiqi üçün daha perspektiv bazardır. Bu il biz yalnız yaxşı maliyyə göstəriciləri əldə etmədik, həm də MDB bazarında öz lider mövqelərimizi möhkəmləndirdik", - deyə şirkət başçısı bildirib.

Ötən ilin nəticələri ilə müqayisədə, 2006-cı ildə MDB ölkələrində HP şirkətinin gəlirləri 36% artıb. 2006-cı il üçün nəzərdə tutulmuş bütün vəzifələrin reallaşdırımasına hesabına belə göstərici əldə etmək mümkün olub. Həmin vəzifələrdən ən başlıcası şirkətin biznesinin xeyli genişləndirilməsi idi.

Şirkətin MDB-də regional iştirakının fəal surətdə genişləndirilməsi ilə əlaqədar, eləcə də bu müddət ərzində sifarişçilərin yeni texnologiya və xidmətlərə artan tələbatını nəzərə alaraq, şirkətin strukturunun formalaşdırılmasının kompleks proqramının reallaşdırılması başa çatıb. Onun sayəsində MDB-də HP əməkdaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti