...

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu: "ABŞ dövlət katibinin köməkçisi ilə geniş müzakirələr apardıq"

Siyasət Materials 20 Dekabr 2006 11:37 (UTC +04:00)

Dekabrın 19-da axşam saatlarında ABŞ dövlət katibinin demokratiya və insna haqları məsələləri üzrə köməkçisi Barri Lounkron Azərbaycanda fəaliyyət göstərən partiya rəhbərləri və hərəkat liderləri ilə görüş keçirib.

Trend xəbər verir ki şam süfrəsi arxasında keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov, Musavat Partiyasının başqanı İsa Qəmbər, "Azadlıq" siyasi blokunun həmtəsisçiləri -Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli Birlik Hərakatının lideri Lalə Şövkət Hacıyeva, Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu və "Yeni Siyasət" blokunun həmtəsisçilərindən biri olan Eldar Namazov iştirak ediblər.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu Trend ə bildirib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, ölkədə demokratikləşmə istiqamətində atılması vacib olan addımlar ətrafında geniş müzakirələr aparılıb. "ABŞ-ın Azərbaycandakı maraqları ətrafında da geniş müzakirələr apardıq. Dövlət katibinin köməkçisi bildirdi ki, ABŞ Azərbaycanda demokratiyanın inkişafına böyük önəm verir. Barri Lounkron qeyd etdi ki, Amerikanın bölgədəki iqtisadi və geosiyasi maraqlarını demokratiyadan ayırmaq olmaz və neçə etmək olar ki, Azərbaycanda demokratikləşmə prosesi sürətlənsin."

Xəbər lenti

Xəbər lenti