...

Nazir: Azərbaycan Rabitə Nazirliyi şəhərdaxili telefon danışıqları üçün yeni tarif sistemi hazırlayır

Siyasət Materials 21 Dekabr 2006 14:57 (UTC +04:00)
Nazir:  Azərbaycan Rabitə Nazirliyi şəhərdaxili telefon danışıqları üçün yeni tarif sistemi hazırlayır

Bakıda elektronlaşmanın başa çatması və limitlər sisteminə keçid üçün texniki şərtlərin hazırlanıb başa çatması səbəbindən lokal telefon danışıqlarına limitlərin tətbiqi məsəlsi bu gün bir daha gündəmə gətirilib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, şəbəkədən effektli istifadə üçün bu çox vacibdir. Nazir vurğulayıb: "Yeni tarif sistemi elə şəkildə qurulacaq ki, əhali şəhərdaxili daşıqlar üçün ödəmə etdikdə özləri üçün heç bir ziyan hiss etməyəcəklər. Bu, bizim əsas prinsipimizdir. Tariflər baxılmaq üçün Tarif Şurasına təqdim ediləcək. Hazırda təkliflər paketinin hazırlanması prosesi gedir".

Ə.Abbasov bildirib ki, əhaliyə ödəmə variantları təklif ediləcək: "Əhalini yeni sistemə cəlb etmək üçün biz onları stimullaşdırmaq niyyətindəyik".

Xəbər lenti

Xəbər lenti