...

Mixail Saakaşvili: Gürcüstan elektrik enerjisinin Rusiya və Azərbaycandan Türkiyəyə nəql olunmasını təmin edəcək

Siyasət Materials 21 Dekabr 2006 16:00 (UTC +04:00)
Mixail Saakaşvili: Gürcüstan elektrik enerjisinin Rusiya və Azərbaycandan Türkiyəyə nəql olunmasını təmin edəcək

Gürcüstan elektrik enerjisinin öz ərazisindən keçməklə Rusiya və Azərbaycandan Türkiyəyə nəql olunmasını təmin edəcək. Bu bəyanatla bu gün İstanbulda Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin işgüzar dairələri ilə görüşdə çıxış edib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

"Gürcüstan çox böyük hidroenergetika potensialına malikdir. Biz elektrik enerjisinin ərazimizdən keçməklə Rusiya və Azərbaycandan Türkiyəyə nəql olunmasını təmin edəcəyik. Eləcə də Türkiyə ilə birgə tam istifadə olunmayan gürcü hidroenergetikasını inkişaf etdirməyə çalışacağıq", - deyə Saakaşvili bildirib.

Gürcüstanın energetika naziri Nika Gilauri bildirib ki, "Gürcüstan hidroenergetika potensialı üzrə Avropada ilk yerlərdən birini tutur". "Lakin bu ehtiyatların yalnız 11-12 faizindən istifadə olunur. Biz bu sahəni inkişaf etdirmək istəyirik və Gürcüstanda 100 meqavatt gücündə SES-in birgə inşa edilməsi üzrə Türkiyə ilə niyyət protokolu imzaladıq", - deyə Gilauri bildirib.

Gürcüstan prezidenti görüşdə həmçinin qeyd edib ki, "bu ilin statistikasına görə, hər beşinci gürcü - Türkiyədə, hər on ikinci gürcü isə - Rusiyada olub". "Əvvəl Rusiya dünyaya pəncərəmiz idi, indi həmin pəncərə Türkiyə olub", - deyə o vurğulayıb.

Saakaşvili həmçinin qeyd edib ki, gələn ilin yazında Gürcüstan və Türkiyə Azad ticarət haqqında Müqavilə imzalayacaqlar və həmin müqavilə üzrə məhsulların çoxuna rüsum qoyulmayacaq.

Xəbər lenti

Xəbər lenti