...

Baş prokurorun birinci müavini Rüstəm Usubov: "2006-cı ilin 11 ayı ərzində qadınlara qarşı 4823 cinayət faktı qeydə alınıb"

Siyasət Materials 21 Dekabr 2006 17:31 (UTC +04:00)

Qadınlara qarşı 2005-ci ildə 5006, 2006-cı ilin 11 ayı ərzində isə 4823 cinayət hadisəsi qeydə alınıb. Trend xəbər verir ki, qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı Milli Məclisdə təşkil olunan dinləmələrdə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov belə deyib.

Onun sözlərinə görə, hamilə qadınlara qarşı 2005-ci ildə 4, 2006-cı ilin 11 ayı ərzində də eyni sayda cinayət hadisəsi qeydə alınıb.

R.Usubov qeyd edib ki, qadın alveri ilə bağlı 2005-ci ildə 28 və 2006-cı ilin 11 ayı ərzində də 76 fakt qeydə alınıb. "Aşkar olunan faktlarla bağlı müvafiq tədbirlər görülüb."

Baş prokurorun birinci müavini bildirib ki, Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədi ilə oğurlanması adi norma kimi deyil, insan oğurluğu faktı kimi qiymətləndirilir.

Onun sözlərinə görə, 2006-cı ilin 11 ayı ərzində məhkum olunmuş 4028 qadından 567 nəfərinə, yəni 78 faizinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin olunub. "Bütün bunlarla yanaşı qadınlara qarşı törədilən zorakılıqla mübarizə insan hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən bir olmaqla əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır" - deyə baş prokurorun birinci müavini deyib.

Xəbər lenti

Xəbər lenti