...

Azərbaycan prezidenti Mixail Saakaşviliyə zəng edib

Siyasət Materials 21 Dekabr 2006 20:15 (UTC +04:00)

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib. Trend xəbər verir ki, dövlətimizin başçısı Gürcüstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona yüksək dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Mixail Saakaşvili göstərilən diqqətə və təbriklərə görə, Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan və Gürcüstan prezidentləri ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti