...

Yanvarda "Azadlıq" bloku Məclisinin iclası keçiriləcək

Siyasət Materials 22 Dekabr 2006 17:32 (UTC +04:00)

Yanvar ayında "Azadlıq" bloku Məclisinin iclası keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə blokun həmsədri Lalə Şövkət açıqlama verib. O bildirib ki, Məclisin toplantısında blokun 2007-ci ilə dair fəaliyyət proqramı müzakirə olunacaq.

Lalə Şövkət blokun Sədrlər Şurasının 2006-cı ilin yekunlarını müzakirə etdiyini də deyib. Onun sözlərinə görə, bir il ərzində "Azadlıq" bloku müxtəlif problemlərə dair 12 dəfə ictimai dinləmələr keçirib, qurumun komissiyaları fəaliyyət göstərib, müxtəlif sahələrlə bağlı təkliflər planı hazırlayıb. Lalə Şövkət qeyd edib ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair blokun təkliflər planı Avropa Şurası Venesiya Komissiyasına da göndərilib: "Biz seçki komissiyalarının paritet əsasda formalaşmasını və Venesiya Komissiyasının tövsiyələrinin reallaşmasını istəyirik".

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti