...

Rumıniya Senatının sədri Nikolay Vekeroyu Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Dekabr 2006 18:21 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Rumıniya Senatının sədri Nikolay Vekeroyunu Azərbaycana səfərə dəvət edib. Azərbaycan-Rumıniya parlamentlərarası işçi qrupunun rəhbəri, millət vəkili Azay Quliyev Trend ə açıqlamasında bu haqda məlumat verib.

Onun sözlərinə görə, ilkin razılığa əsasən Rumıniya Senatı sədrinin ölkəmizə səfəri 2007-ci ilin ortalarında baş tutacaq.

"Azərbaycan parlamentinin üzvləri 2006-cı ilin iyul ayında Buxarestə səfər ediblər. Eyni zamanda, Rumıniya Senatında Azərbaycanla dostluq qrupu var. İndi onların cavab səfəri gözlənilir. Bu səfər təxminən mart ayında baş tutacaq" - deyə deputat bildirib.

A.Quliyev vurğulayıb ki, iki ölkənin parlamentlərarası dostluq qrupunun görə biləcəyi işlərlə bağlı fəaliyyət planını rumıniyalı deputatlara təqdim ediblər. "Cavab səfərində bu məsələyə aydınlıq gətiriləcək. Biz istəyirik ki, qrupun fəaliyyətini işçi bir səviyəyə qaldıraq."

Xəbər lenti

Xəbər lenti