...

Azərbaycan prezidenti 2007-ci il üçün dövlət büdcəsini təsdiq edib

Siyasət Materials 23 Dekabr 2006 15:34 (UTC +04:00)
Azərbaycan prezidenti 2007-ci il üçün dövlət büdcəsini təsdiq edib

Azərbaycan prezidentinin göstərişi ilə 2007-ci ilin 1 yanvarından qüvvəyə minəcək "2007-ci il üçün dövlət büdcəsi barədə" qanun təsdiq olunub. Bu barədə Trend xəbər verir.

Təsdiq olunmuş büdcəyə görə, 2007-ci il üçün gəlirlər 5335,7 mln. manat (həmçinin mərkəzləşdirilmiş 5169,174 mln manat) ölçüsündə, xərclər isə 5714,7 mln. manat (4986,595 mln manat) ölçüsündə proqnozlaşdırılır. Dövlət büdcəsinin defisiti 379 mln. manat təşkil edəcək. Bununla belə, büdcə defisitlərinin təmin olunmasının üç mənbəsi müəyyən olunub- özəlləşdirmədən, dövlət istiqrazlarının buraxılışından və avroistiqrazların yerləşdirilməsindən gələn gəlirlər.

Dövlət büdcəsinin gəlir strukturunda 3980 mln manat Vergilər Nazirliyinin xətti ilə, 630 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə təmin olunmalıdır. Vergilərin daxil olmasından əldə olunan mənfəət 2,095 mln. manat səviyyəsində, əlavə dəyər vergisindən 1,4 mlrd manat (990 mln. manat ƏDV-dən Vergilər Nazirliyinin xətti ilə), gəlir vergisindən 550 mln. manat proqnozlaşdırılır. Dövlət Neft fondundan transfertlər 585 mln manat proqnozlaşdırılır.

Dövlət büdcəsində Azərbaycan prezidentinin ehtiyat fondunun formalaşması üçün 114 mln manat, Nazirlər kabinetinin sərəncamı ilə istifadə olunan ehtiyat fondun formalaşması üçün 253,397 mln. manat, dövlət büdcəsinin ehtiyat fondu üçün 139,397 mln. manat ayrılıb. Gələn ilə ilk olaraq 98 mln. manat həcmində məqsədli büdcə fondu formalaşıb ki, nəqliyyat nazirliyinin avtomobil yollarının yenidən qurulması üçün nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsi sosial-investisiya istiqamətlidir və ilk xərclər dövlət proqramına müvafiq olaraq keçiriləcək. Təhsil üçün 733,190 mln manat, sosial müdafiə üçün 528,446 mln. manat nəzərdə tutulub. Dövlət investisiyaları üçün 1547 mln. manat, ümumilikdə sənaye və tikinti fəaliyyətinə dəstək məqsədilə 1569 mln. manat ayrılıb. Müdafiə üçün xərclərsə 796, 841 mln. manatadək artırılıb.

Xəbər lenti

Xəbər lenti