...

MDB ölkələrinin baş nazir müavinləri iqtisadi inteqrasiya məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 27 Dekabr 2006 11:54 (UTC +04:00)

MDB İqtisadi Şurasının baş nazir müavinləri səviyyəsində növbəti iclası cümə günü Moskvada keçiriləcək. Rusiyanı sənaye və energetika naziri Viktor Xristenko təmsil edəcək.

MDB İcra Komitəsininn Minskdəki mənzil-qərargahından "RİA Novosti" agentliyinə bildiriblər ki, gündəlikdə 20-dən artıq məsələnin müzakirə edilməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, müzakirələrin əsas predmetini MDB ölkələrinin ümumi elektrik enerjisi bazarının formalaşdırılması və saxta dərman vasitələrinin dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq təşkil edəcək. Bundan başqa, 2007-ci il üçün hüquqi informasiya mübadiləsinin beynəlxalq sistemi barədə razılaşma layihəsi və MDB orqanlarının vahid büdcə layihəsi barədə də söhbət aparılacaq.

Xəbər lenti

Xəbər lenti