...

Fövqəladə Hallar Nazirliyi əhalini bayram günlərində diqqətli olmağa dəvət edir

Siyasət Materials 28 Dekabr 2006 16:00 (UTC +04:00)

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini bayram günlərində diqqətli olmağa dəvət edir. FHN-nin mətbuat xidmətindən Trend ə daxil olan məlumatda bildirilir ki, bu diqqət əsasən yolka qurulmuş mənzillərdə azyaşlıların üzərində olmalıdır.

FHN-nin pres-relizində bildirilir ki, yolka şənlikləri zamanı ən çox yanğınlar uşaqların dəcəlliyindən baş verir. Ona görə də Yeni il şənlikləri keçirilərkən kiçik yaşlı uşaqları xüsusi nəzarətdə saxlamaq lazımdır. Onlara qızdrıcı və işıqlandırıcı cihazlardan istifadə etmək qadağan olunmaldır. Şənliklər zamanı adətən bir neçə güclü elektrik şəbəkəsi həddindən artıq yüklənir və yanğın təhlükəsi yaranır.

"Bəzən yanğın təhlükəsizliyi qaydalarının pozulması bayram şənliklərini acınacaqlı sonluqla bitirir. Məhz bu cür xoşagəlməz halların baş verməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirərək bu sahədə profilaktika işlərini gücləndirir. Belə ki, respublika ərazisində yeni il şənlikləri keçiriləcək yerlərdə diqqətli yanğın texniki müayinələri aparılaraq rejim xarakterli nöqsanlar yerindəcə həll edilir, kapital xarakterli çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür" - FHN-nin pres-relizində qeyd olunur.

Bayram günlərində ən vacib şərtlərdən biri vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına məsuliyyətlə yanaşmaqdır. Unutmaq olmaz ki, cuzi bir ehtiyatsızlıqdan acınacaqlı nəticə baş verə bilər.

Xəbər lenti

Xəbər lenti