...

Azərbaycan XİN 2006-cı ili yekunlaşdırıb

Siyasət Materials 30 Dekabr 2006 14:32 (UTC +04:00)

2006-cı ildə öz beynəlxalq nüfuzunu və bölgədəki liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti nəzərə çarpacaq dərəcədə fəallaşıb. Trend xəbər verir ki, bu barədə başa çatmaqda olan ilin yekunları üzrə Azərbaycan XİN-in məlumatında qeyd olunub.

Il ərzində Azərbaycan XİN-inin xarici siyasət fəaliyyəti müasir dövrün geosiyasi xüsusiyyətlərinə, təhlükə və çağırışlarını nəzərə alaraq, ölkənin milli maraqlarına əsaslanıb. Səmərəli beynəlxalq siyasi, hərbi-siyasi və humanitar sahələrdə əməkdaşlıq, beynəlxalq iqtisadi inteqrasiya proseslərinə intensiv qoşulma, Avropa və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə verilmiş töhfə və həmçinin regional nəqliyyat kommunikasiyalarının inkişafı xüsusi olaraq qeyd olunmalıdır.

Ermənistan və Azərbaycan arasındakı silahlı münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında nizamlanması ölkənin xarici siyasətində prioritet yer tutmaqda davam edir.

İl ərzində iki ölkənin Dövlət başçıları və "Praqa prosesi" çərçivəsində Xarici İşlər Nazirləri səviyyəsində baş tutmuş danışıqlar zamanı Azərbaycan aydın şəkildə problemin həllinə konstruktiv yanaşma nümayiş etdirib və irəliləyişin əldə edilməsi üçün mövcud imkanlardan maksimal dərəcədə istifadə edib.

Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini təmas xəttinə yaxın ərazidə ermənilərin törətdiyi kütləvi yanğın faktına cəlb edib. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti nəzərdən keçirdikdən sonra BMT Baş Assambleyasının 60-cı sessiyasında Azərbaycanın sözügedən məsələ ilə bağlı təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub. Bu sənəddə göstərilmiş ərazilərdə yanğınlarla bağlı ciddi narahatlıq ifadə olunub və yanğınların söndürulməsi, onların zərərli nəticələrinin aradan qaldırılması ilə bağlı ekoloji əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "konstitusiya refrendumunun"keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi, erməni tərəfinin təsdiq olunmuş faktı sırımaq cəhdinin perspektivsizliyini bir daha təsdiqləyib. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, GUAM, dünyanın aparıcı dövlətləri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xüsusi bəyanatlarında qondarma "referendum"un qanunsuz və heç bir hüquqi qüvvəyə malik olmaması elan edilib.

Əməkdaşlığın möhkəmlənməsi və Avropa İttifaqı ilə davamlı yaxınlaşma prosesi Avropa Qonşuluğu siyasəti çərçivəsində Fəaliyyət Planının qəbulu ilə ikitərəfli dialoqun keyfiyyətcə yeni səviyyəsini və həmçinin siyasi, sosial-humanitar, iqtisadi, institutsional islahatları nəzərə alan əməkdaşlıq çərçivəsində aparılması üçün əlavə impuls alıb. Prezident İ.Əliyevin Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında Avropanın enerji təhlükəsizliyinin təminatına yardım məqsədilə strateji əməkdaşlıq çərçivəsində Qarşılıqlı anlaşma haqqında imzalanan memorandum və həmçinin Azərbaycanın enerji infrastrukturunun təkmilləşdirilməsi və inkişafı sahəsində də fəal xarici siyasi fəaliyyətin birbaşa nəticəsi oldu.

Prezident İ.Əliyevin NATO-nun baş qərargahına səfəri Azərbaycanın xarici siyasətində mühüm hadisə oldu və Azərbaycanın Alyansla əməkdaşlığını yeni mərhələyə çıxarıb.

Həmçinin Azərbaycanın İslam Konfransı Təşkilatında fəaliyyətinə böyük diqqət yetirməyə davam edib. 19-21 iyun 2006-cı il tarixində Bakıda keçirilmiş İKT Xarici İşlər Nazirlərinin Konfransının 33-cü sessiyasında Azərbaycan bir il müddətinə Konfransın sədri seçilib. İKT Konfransında qəbul olunmuş müvafiq sənədlərdə təşkilatın Xarici İşlər Nazirləri davam edən erməni təcavüzünü pisləyərək, işğal olunmuş Azərbaycan ərazilərinin tam və qeyd-şərtsiz azad olunmasına çalıraraq, Azərbaycanla həmrəylik üzrə öz prinsipial mövqelərini bir daha təsdiqləyib.

Həmçinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması diqqət mərkəzində olub. ÜTT-nin standartlarına uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi planının təsdiq edilməsi haqda ölkə prezidentinin sərancamı bu mənada mühüm hadisədir.

Azərbaycanın diplomatik xidmət orqanları müvafiq beynəlxalq formatlar çərçivəsində Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır vəziyyətlərinin yüngülləşdirilməsi istiqamətində lazımi səylərini davam etdiriblər. Bununla əlaqədar olaraq BMT-nin Qaçqınlarla İş Üzrə Ali Komisarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidentinin, BMT Ümumdünya Ərzaq Proqramının icraçı direktoru və Qadın maraqlarının inkişafı üzrə BMT fondunun icraçı direktorunun Azərbaycana səfərlərini qeyd etmək lazımdır.

GUAM ölkələri arasında əməkdaşlıq inkişaf edib. Təşkilat "Demokratiya və iqtisadi inkişaf naminə - GUAM" adlı tamhüquqlu beynəlxalq regional təşkilata çevrilib. GUAM ölkələrinin dondurulmuş münaqişələrlə bağlı bəyanatı BMT Baş Assambleyasının gündəliyinə salınıb.

Ötən ilin daha bir hadisəsi Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunması haqqında Qazaxıstanla sazişin əldə olunmasıdır. Bununla Azərbaycan Avropa və Asiya arasında körpu rolunu oynamağa başlayıb. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi başa çatıb və bizim Orta Asiyalı tərəfdaşlarımızın bu layihəyə cəlb edilib. Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi məsələlərinin razılaşdırılması son mərhələyə çatıb.

Ötən il həmçinin ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə yadda qalıb. Bu prosesdə xüsusi rolu İlham Əliyevin ABŞ, Rusiya, Yaponiya, Avropa ölkələrinə çoxsaylı səfərləri oynayıb.

İl ərzində Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiya layihəsinin işi davam edib.

Azərbaycanın Belarus, Malayziya, Mərakeş və Koreya Respublikasında diplomatik nümayəndəlikləri açılıb.

Azərbaycan prezidentinin XİN-in Diplomatik Akademiyasının yaradılması haqqında sərəncamı yerinə yetirilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti