Azərbaycanın daxili işlər naziri Ramil Usubov bu gün Türkiyədə işgüzar səfərdədir. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov xəbər verib.
O qeyd edib ki, R.Usubov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra o, öz türkiyəli həmkarı Əbdülqədir Aksu ilə görüşəcək. Yanvarın 10-da XİN rəhbəri İstanbula gəlib polis bölmələrinə baş çəkəcək və elə həmin gün vətənə qayıdacaq.